XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Apr
2021
03:21
312
08
Apr
03:21



Slovakiyada “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilməyib

Slovakiya Dərman Vasitələrinə Nəzarət İnstitutu (SUKL) Rusiya istehsalı “Sputnik V” peyvəndinin ölkədə kütləvi istifadəsinə icazə verməyib.

XeberOxu.Az-ın məlumatına görə,  institut bu qərarı peyvəndin fayda və risklərinə dair yetərincə məlumatın təqdim olunmaması ilə əsaslandırıb. Keçmiş Baş nazir İqor Matoviçin hakimiyyəti dövründə Slovakiya bu peyvənddən 2 milyon doza sifariş etmiş və 200 min dozadan ibarət ilkin partiya isə mart ayında ölkəyə gətirilmişdi. Baş nazirin koalisiya tərəfdaşları ilə razılaşmadan atdığı bu addım yekun olaraq hökumətdaxili böhrana və İ. Matoviçin vəzifəsindən istefasına aparıb çıxarmışdı.

Slovakiya institutu isə peyvəndə hələ icazə verilməməsini, həmçinin müxtəlif ölkələrdə kliniki araşdırmalarda tətbiq olunmuş peyvənd partiyaları barədə məlumatların istehsalçı tərəfindən təqdim edilməməsi ilə əsaslandırıb. Bildirilib ki, “Sputnik V” peyvəndi Slovakiyada bir neçə testdən uğurla keçsə də, bu, həmin peyvəndin təhlükəsizliyi və effektivliyinə dair yekun fikir söyləməyə imkan vermir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.