Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Noy
2019
08:00
583

16
Noy
08:00



"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi (İB) bu gün bir sıra informasiya mənbələrində "smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara münasibət bildirib.

XeberOxu.Az-ın  məlumatına görə, İstehsalat Birliyi rəsmi olaraq bəyan edib ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb: "Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 % yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.

Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır".


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az