# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
11:54
1024

22
May
11:54



Soltan Məmmədov: REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir

REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir.

XeberOxu.Az-ın məlumatına görə, bunu Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov layihənin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir ay əvvəl Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronavirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanıb:

"Bir aylıq icrasını qeyd etdiyimiz REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq ön cəbhədə fədakarlıqla çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və biz layihənin davamlı müsbət nəticələrinin şahidi olacağıq".

S.Məmmədov əlavə edib ki, layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.