# EVDƏQAL
# EVDƏQAL



09 Mart
2020
06:00
1721

09
Mart
06:00



Sosial şəbəkə hesablarına güvənli şifrə qoymağın yolları

Sosial media hesablarının təhlükəsizliyi insanların çox önəm verdikləri məsələlərdəndir. Bəs sosial şəbəkə hesablarını yetərincə güvəndə saxlamaq üçün nələrə diqqət etmək lazımdır?

XeberOxu.Az  ted.az-a istinadən bildirir ki, bunun üçün öncə sosial şəbəkə hesablarına xüsusi qəliz parollar qoyulmalıdır. Çətin parol dedikdə başqalarının asanlıqla tapa bilməyəcəyi parollar nəzərdə tutulur. Məsələn, şifrə qoyarkən aşağıdakı qaydalara riayət etmək lazımdır:

- Şifrənizi kimsə ilə paylaşmayın.

- Qırılması çətin olan parollardan istifadə edin, qarışıq simvollara üstünlük verin. Məsələn, böyük hərf, kiçik hərf və rəqəmləri qarışıq şəkildə istifadə edin. Hətta "?", "!" kimi simvollardan yararlanmaqda da fayda var. Məsələn, "oRneK158!".

- Ən azı 8 simvoldan istifadə edin.

- Simvolları təkrarlamayın. Məsələn, "123123" şifrəsi asanlıqla tapıla bilər.

- Çox insanın istifadə etdiyi şifrələrdən qaçın. Məsələn, çoxları sosial şəbəkə hesablarında ad, yaş və digər əlamətləri bildirən simvollardan istifadə edir.

- Sizin üçün əsas olan hansısa cümlənin baş hərflərindən istifadə edin.

- Sözlərdə bəzi hərflərin yerinə, oxşar rəqəmlərdən yararlanın. Məsələn, "başlanğıc" sözünün əvəzinə "8aş1Ang1c" yaza bilərsiniz.

- Yalnız sosial şəbəkə hesabınız deyil, email adresinizin güvənli olması da önəmlidir. Elektron poçt ünvanınız ələ keçirilsə, digər sosial şəbəkə hesablarınızı qırmaq o qədər çətin olmayacaq.

- Hesabınıza başqa cihazlardan da daxil olmusunuzsa, mütləq çıxış verin.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.