01 Noy 2019
19:41
![]() |
01
Noy 19:41
![]() Yeni il bayramı poçt vərəqlərində Oktyabr ayının 30-da Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Yeni il” bayramına həsr olunan poçt markalarını dövriyyəyə buraxacaq. XeberOxu.Az-ın məlumatına görə, poçt markaları böyük və kiçik vərəqlərdə hazırlanacaq. Böyük vərəq 110х100 mm ölçülərində hazırlanacaq və 6 markadan ibarət olacaq. Markalar 28х35 mm ölçülərində, hərəsi 60 min tirajla tədavülə buraxılacaq. Kiçik vərəq isə 110х107 mm ölçülərində hazırlanaraq 6 markadan ibarət olacaq. Vərəqin tiraji isə 12 min nüsxə təşkil edəcək. Eyniləşdirmə nömrələri verilərək nominallar müəyyən olunacaq. Poçt markaları A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işıq üzü görəcək. Buraxılışa əlavə olaraq “İlk gün” zərfi və xüsusi ştempel hazırlanacaq. Zərfin və ştempelin rəssamı V.Çayçuk, dizaynı isə E.Bedonika məxsusdur. Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni bu gün Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə
“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”
Deputat oğlunun həbs müddəti uzadıldı
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |