AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
20:05
231



"Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” mövzusunda müzakirələr aparılıb

Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu bu gün “Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” mövzusunda müzakirələrlə davam edib.

Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyindən (ƏƏSMN) Xeberoxu.az-a  verilən məlumata görə, BSTA-nın xəzinədarı, Rusiya Federasiyası Pensiya Fondunun İdarə Heyətinin sədr müavini Nikolay Kozlovun moderatorluğu ilə bu mövzuda keçirilən panel iclasda Birləşmiş Millətlər Universitetinin sosial yönümlü elektron idarəetmə üzrə əməliyyat bölməsinin tədqiqatçısı Morten Meyerhof Nilsenin sosial təminat sistemində innovativ idarəçiliyə dair çıxışı dinlənilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Niderlandın Sosial Sığorta Bankının İdarə Heyətinin sədri Simon Simba və Estoniyanın Milli Sosial Sığorta Şurasının Baş direktoru Eqon Vermaye isə mövzuya dair məruzələrlə çıxış ediblər. Çıxış və məruzələrdə təqdim olunan məlumatlar və yanaşmalarla bağlı iştirakçılar rəy və təkliflərini bildiriblər.

Sonra “Sosial təminatın mükəmməl idarə olunmasına innovativ yanaşmalar” mövzusunda paralel sessiyalar keçirilib. Sessiyalarda sosial təminatda əhatəliliyin və inklüzivliyin artırılması, xidmətlərin təkmilləşdirilməsi, önləyici tədbirlərin və reabilitasiyanın, maliyyə dayanıqlığının gücləndirilməsi, Avrasiyada əməkçi miqrantların sosial müdafiəsi və s. məsələlər müzakirə olunub.

Xatırladaq ki, Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edir.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az