Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Avq
2019
22:30
174



Sudan xalqı müxalifət və hərbçilər arasında razılaşmanı bayram edir

Minlərlə sudanlı ölkədə hərbçilərlə müxalifət arasında hakimiyyət bölgüsünə dair sazişin imzalanmasını bayram etmək üçün paytaxt Xartumun küçələrinə çıxıb. Ölkədə sivil hökumətin tərəfdarları demokratiya şüarları səsləndirib, bu sahədə islahatlar keçirilməsini tələb ediblər. 

 XeberOxu.az xəbər veriki,   AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, paytaxt Xartumla yanaşı, ölkənin əyalətlərində də izdihamlı mitinqlər keçirilib.

Sudanda keçid dövrünün Hərbi Şurası və Azadlıq və İslahatlar Şurası arasında bir neçə gündür davam edən danışıqlar avqustun 3-də keçid dövründə müvəqqəti hökumət yaradılmasına dair Konstitusiya Bəyannaməsinin imzalanması ilə başa çatıb. Tərəflər yeni Nazirlər Şurasının tabeliyində təhlükəsizlik orqanları və Çevik Dəstək Qüvvələri yaradılması barədə də razılıq əldə ediblər.

Xatırladaq ki, bu ölkədə cari il aprelin 11-dən – otuz il ərzində Sudana rəhbərlik edən Prezident Ömər Bəşirin hərbçilər tərəfindən vəzifəsindən kənarlaşdırılmasından sonra iğtişaşlar başlayıb. Əhali hərbçilərdən ölkədə sivil hökumətin qurulmasını və azad seçkilərin keçirilməsini tələb edirdi.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az