Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
09:27
147



Sumqayıt Dövlət Dram Teatrından yeni layihə - “Sevgilim Sumqayıt”

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcəkdir. Bildiyimiz kimi gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd olunacaq.

Tetardan XeberOxu.Az-a verilən məlumata görə, dram teatrının yeni layihəsi də doğma şəhərimizin yubileyinə həsr olunacaqdır. Layihənin rəhbəri və ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov, pyesin müəllifi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

“Sevgilim Sumqayıt” adlanan yeni layihə Sumqayıt şəhərinin yaranması, onun ilk sakinlərinin əmək fəaliyyəti, ümumiyyətlə Sumqayıtın dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli sujet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən “Sevgilim Sumqayıt” əsərində teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar.

“İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş sözügedən bu layihə Sumqayıt Dövlət Dram Teatrı kollektivindən şəhərimizin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaq”- deyə layihə rəhbəri Mübariz Həmidov bildirib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Mədəniyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]