03 Dek 2020
10:51
![]() |
03
Dek 10:51
![]() Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb 30 noyabr-2 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Goranboy, Füzuli, Goranboy, Xocavənd və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç) müraciət daxil olub. ANAMA-dan XeberOxu.Az-a verilən məlumata görə, daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 55 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 303 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd 9N235 bombacığı, 79 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina, 29 ədəd tank əleyhinə minanın partladıcısı, 3 274 ədəd müxtəlif çaplı patronlar, 5400 qr barıt və 112 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı başa çatmış, 118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 228 ədəd) aşkar edilərək zərərsizləşdirilib. Agentliyin partlayış qrupu tərəfindən 55 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb -Video
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb -Video
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
|