Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
11:43
6803
17
Okt
11:43



TÜRKSAM: Ermənistan Gəncədə müharibədə qadağan olunan raketləri istifadə edir - VİDEO

Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan Ermənistanın Gəncəyə hücumlarını kəskin şəkildə qınayaraq bunu bəşəriyyətə qarşı cinayət adlandırıb.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

“Bakının vətəni işğaldan qurtarma əməliyyatı çərçivəsində məğlub olan və bunu aydın şəkildə görən Ermənistan rəhbərliyi Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək böyük bəşəri cinayət həyata keçirir”, - deyə o, bildirib.

O, ən son belə vəhşiliyin Xocalıda göründüyünü deyib: “Ancaq beynəlxalq çərçivədə müqayisə etsək, bunu serblərin Bosniyada həyata keçirdiyi vəhşiliyi ilə müqayisə edə bilərik”.

TÜRKSAM rəhbəri həmçinin Ermənistanın normal müharibədə istifadə edilməyən ən yüksək dağıdıcı gücə sahib, hardasa 1 ton ağırlığı olan SCUD raketlərindən istifadə etdiyini də vurğulayıb.

“Bu raketlər müharibədə bəlkə də ən son və ancaq hərbi obyektələr qarşı istifadə oluna biləcək silah olsa da, Ermənistan bunu gözü dönmüş bir şəkildə Gəncəyə, Mingəçevirə və başqa mülki yaşayış yerlərinə ata bilir”.

O, bu cür ballistik raketlərin adi bir ordu komandanının deyil, ancaq müdafiə naziri və ya baş nazirin təlimatı ilə atıla biləcək silah olduğunu da vurğulayıb:

“Bu onu göstərir ki, Ermənistanın baş naziri Paşinyan, müdafiə naziri Tonoyan bu cinayətləri ilə Beynəlxalq tribunalda cavab verəcək, soyqırımı aktı ilə əlaqədar mühakimə olunacaq”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Müharibə xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.