XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



16 Avq
2022
13:28
548
16
Avq
13:28



TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

Astara rayon, Rudəkənar kənd sakini 04.12.1996-cı il təvəllüdlü Əhədli Elmira Elşən qızı 15.08.2022 tarixdə saat 15:55-də 36-37 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya ağrılarla daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, aparılmış müayinələrdən sonra 15.08.2022-ci il saat 19:40-da spinal anesteziya ilə qeysəriyyə əməliyyatı icra olunub. Daha sonra zahı qadın intensiv palataya köçürülüb. Saat 22:20 radələrində xəstənin vəziyyətində saturasiya itirilməsi ilə müşahidə olunan ağırlaşmalar olub və ana vəfat edib. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

Qeyd edək ki, hazırda müalicəsinə davam edilən körpənin vəziyyəti orta ağır qiymətləndirilir.

***

04:45

Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb.

Xəstə müayinə olunduqdan sonra, 3-cü qeysəriyyə əməliyyatına aparılıb.

Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub.

Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.

Həkimlər körpənin həyatını xilas etsələr də ana xəstəxanada vəfat edib.

Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.