CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyun
2019
15:11
1599

06
Iyun
15:11



Tahir Rzayev: Fransa məhkəməsinin qərarı mühüm hüquqi hadisədir

Fransa məhkəməsinin çıxardığı qərar beynəlxalq hüquq normalarına tam uyğundur.

Xeberoxu.az bildirir ki,bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ qondarma rejimi ilə Arnuvill şəhəri arasında «Dostluq haqqında xartiya»nın ləğvi mühüm hüquqi hadisədir:

"Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir halda Dağlıq Qarabağ ərazisini işğal etmiş separatçı qurumla, qondarma bir hakimiyyətlə Fransa kimi böyük bir ölkənin əməkdaşlıq etməsi BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara ziddir. Fransa məhkəməsi düzgün olaraq bu uyğunsuzluğu aradan qaldırdı və həqiqəti bərpa etdi".

Mövcud qərarın ləğvi erməni lobbisinin, qondarma rejimin rəhbərlərinin ifşası olmaqla bərabər, Azərbaycan-Fransa münasibətlərinin gündən-günə möhkəmlənməsindən, dövlətimizin uğurlu xarici siyasətindən xəbər verir:

"Bu həm Ermənistanın təcavüzkar siyasətinin aşkar göstərilməsi, həm də dünya ölkələri arasında onun nüfuzuna ciddi zərbə kimi qiymətləndirilməlidir. Artıq bütün dünya həqiqəti anlamağa başlayır".

Qeyd edək ki, Fransanın Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsi bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni "saziş"i ləğv edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az