30 Iyun
2020
07:49
1017

30
Iyun
07:49



Tailandda fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb

Tailandda COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC yerli KİV-lərə istinadla bildirir ki, bu barədə qərarı Baş Nazir Prayut-Çanoçanın rəhbərlik etdiyi operativ qərargah verib. Virusun yayılmasının ikinci dalğası riskinin yüksək olduğunu bildirən Baş Nazir fövqəladə vəziyyət rejiminin iyulun sonunadək uzadılması qərarını müdafiə edib.

“Fövqəladə vəziyyətin qüvvədə olması hökumətə virusun yayılmasının qarşısını almaq üçün qanuni vasitələr verəcək”, - deyən Baş Nazir əlavə edib ki, əgər ikinci dalğa baş verərsə, bu qərar hökumət qurumlarına ölkə sərhədlərini, iş və istirahət mərkəzlərini bağlamaq imkanı verəcək.

Qeyd edək ki, Tailandda son 35 gündə daxili ötürülmə yolu ilə virusa yoluxma qeydə alınmasa da, xaricdən gələnlər arasında yoluxma halları hələ də davam edir. Hökumət ikinci dalğa ehtimalı ilə əlaqədar ehtiyatlı davranmağa üstünlük verib. Fəaliyyətinə icazə verilmiş sahələrdə isə sanitar-gigiyena qaydalarına, maska taxılmasına, sosial məsafənin qorunmasına dair ciddi tələblər var.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.