Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Sen
2019
22:35
1032

25
Sen
22:35



Taksi sürücüləri yolu zəbt edib - VİDEO
“Dayanma və durma qaydasını pozan sürücülər cərimə olunacaqlar”

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, metronun \'\'20-yanvar\'\' stansiyasının qarşısındakı taksi sürücüləri qaydalara əməl etmirlər. Ərazidə dayanma və durma qaydasını qadağan edən nişan olsa da, taksi sürücüləri buna məhəl qoymurlar. Nəticədə də işiqforun hər zaman sağa dönməyə icazə verən zolağı bağlanır.

Xeberoxu.Az-ın məlumatına görə, işıqfor hər zaman sağa dönməyə icazə versə də, taksi sürücüləri buna mane olur. Görüntünü sürücülərdən biri metronun \'\'20-yanvar\'\' stansiyasının qarşısından çəkərək \'\'Xəzər Xəbər\'\'in votsap nömrəsinə göndərib.

Sürücü iddia edir ki, Moskva prospekti ilə gələn sürücülərə işıqfor sağa, yəni Müzəffər Həsənov küçəsinə doğru hərəkət etməsinə icazə verir. Amma ərazidə dayanan taksi sürücüləri buna mane olur. Ərazidə çəkiliş apardığımız zaman məlum oldu ki, sürücülər avtomobilin yolun kənarında park ediblər. Halbuki ərazidə dayanma və durma qaydalasını qadağan edən nişan da var. Sürücülər yer olmadığından həmin ərazidə məcbur qalıb saxladıqlarını deyirlər.

Amma həmin taksi sürücüləri işıqforun sağa açıq olan yolunu zəbt etməsələr də, Sumqayıt və Abşeron istiqamətindən gələn taksi sürücüləri sərnişinləri məcbur qalıb yolun hərəkət hissəsində saxlayırlar. Belə olduqda da yolun bir zolağı bağlanır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib ki, metronun \'\'20-yanvar\'\' stansiyasının ətrafı ilə bağlı işlər görülür. Mərhələli şəkildə həmin əraziyə də kameralar qoyulacaq, dayanma və durma qaydasını pozan sürücülər cərimə olunacaqlar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az