# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
14:15
11543

25
Mart
14:15



Taksilərdə sərnişinlər üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib-VİDEO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin bütün taksiləri koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün gündəlik dezinfeksiya edilir.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, eyni zamanda, bu məqsədlə sürücülər antiseptik məhlullar, spirt, əlcək, maska və lazımi profilaktik vasitələrlə təmin olunurlar. Taksilərdə sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib.

Bununla yanaşı, “Bakı Taksi Xidməti” MMC tərəfindən koronavirusla bağlı müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, qurumun tabeliyindəki bütün taksilərdə həm sürücülərin, həm də taksidən istifadə edən sərnişinlərin koronavirus infeksiyasının profilaktikası ilə bağlı məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin xidmət əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə qurum daxilində məlumat xarakterli lövhələr asılıb.

Ümumilikdə profilaktik işlər davamlı xarakter daşıyır və vətəndaşların sağlamlığının qorunması üçün sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.