Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
02:45
663

20
Iyun
02:45




Taleh Qaraşov səyyar qəbul keçirib

Lənkəran ŞİH başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərini ucqar dağ kəndlərində davam etdirir. Başçının növbəti səyyar qəbul-görüşü 19 iyun 2019-cu il tarixdə rayonun ucqar dağ kəndlərindən olan Biləsərdə keçirilib.

XeberOxu.az xəbər verir ki, şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılaraq həllindən ötrü tədbirlər müəyyənləşdirilib. Səyyar qəbuldan razılıqlarını ifadə edən sakinlər Lənkəran şəhərinin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər. 

Çıxışlarda şəhər İcra Hakimiyyəti başçısının vətəndaş müraciətlərinə göstərdiyi həssas münasibət xüsusi qeyd olunmaqla yuxarıda göstərilən yeniliklərin məhz bu diqqətin bəhrəsi olduğu xüsusi vurğulanıb. Onlar eyni zamanda Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün şərait yaratdığını qeyd ediblər. 

Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə də bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az