XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
18:44
828
07
Apr
18:44



Tanınmış aktyor AzTV-nin “agent”i oldu – Nigar və Kamilə “ittiham kürsüsü”ndə - VİDEO

Tanınmış aktyor Fəridbəy Kərimov AzTV-nin “Agent 001” verilişinin aparıcılarından biri olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, verilişdə dördüncü “agent” kimi çıxış edəcək.

Əvvəlki buraxılışlarda əsas “agent” aktyor və rejissor Vüsal Hacı Qədir digər iki “agent”lə birlikdə qonaqlarını öz yanına gətirir, onları həyat və yaradıcılıqları ilə bağlı sorğu-sual edirdi.

F.Kərimov yayımlandığı gündən tamaşçılar tərəfindən rəğbətlə qarşılanan “Agent 001”in aprelin 16-da efirə gedəcək buraxılışından etibarən aparıcı qismində çıxış edəcək. Onun ilk “hədəf”i məşhur aparıcı, aktrisa Kamilə Babayeva olacaq. Yeni “agent” AzTV-nin digər “agent”ləri ilə birlikdə Kamilə Babayevadan bu vaxta kimi heç kimin dilə gətirmədiyi ittihamlara cavabı verməsini istəyəcək.

Qeyd edək ki, ”Agent 001”in ilk buraxılışı martın 5-də yayımlanıb. Layihənin qonağı statusundan asılı olmayaraq – deputat, idmançı, aşpaz, müğənni, aktyor və s. – hər kəs ola bilər.

İlk qonaq peşəkar kikboksçu, 25 qat dünya çempionu Eduard Məmmədov olub.

Bu günə qədər gedən buraxılışlarda “Agent 001”in digər qonaqları aktrisa Mehriban Zəki, kinorejissor Ayaz Salayev və yazıçı İlqar Fəhmi kimi tanınmış simalar olub.

Aprelin 9-da efirə gedəcək buraxılışda isə “ittiham kürsüsü”ndə müğənni Nigar Camal olacaq.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.