XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



20 Iyul
2021
14:10
3452
20
Iyul
14:10



Tanınmış mədəniyyət xadimi Zemfira Babayeva vəfat edib

Əməkdar mədəniyyət işçisi, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 Xeberoxu.Az xəbər verir ki, 1954-cu il noyabrın 17-də Bakıda anadan olan Zemfira Babayeva, uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib.

Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu Günləri (2001-ci il) , İsveçrə Kinosu Günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə həsr olunmuş açıqca və CD diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011-ci il), Mədəniyyət Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi onun uğurlu layihələrindəndir.

Qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışıb və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynayıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb








Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb








Bakıda ağır yol qəzası: Ölən var








Binəqədidə qadın bıçaqlanaraq öldürülüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.