Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
04:45
381



Taro Kono yapon kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi ilə əlaqədar bəyanat yayıb

Yaponiyanın Xarici İşlər naziri Taro Kono Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə əlaqədar bəyanatla çıxış edib.

XeberOxu.az-ın məlumatına görə, Yaponiyanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki məntəqəsinə göndərilən bəyanatda deyilir ki, iyulun 6-da Azərbaycanın paytaxtı Bakı şəhərində UNESKO-nun Ümumdünya İrsi Komitəsinin 43-cü sessiyasında Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin həmin siyahıya daxil edilməsi Yaponiyanın Xarici İşlər naziri kimi məni çox sevindirir.

“Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri Kofun dövrü mədəniyyətinin ən bariz nümunələridir. Bu təpələrin Yaponiya arxipelaqındakı orijinal kurqanlar kimi Ümumdünya İrsi Siyahısına daxil edilməsini ürəkdən alqışlayıram. Ümid edirəm ki, bu addım arxipelaqın nadir tarixi mədəniyyət nümunəsi kimi həmin tarixi abidələrə dünya ictimaiyyətinin diqqətinin daha çox cəlb edilməsində mühüm rol oynayacaq”, - deyə sənəddə qeyd olunur.

Bildirilir ki, Yaponiya Xarici İşlər Nazirliyi bundan sonra da digər əlaqədar nazirliklər və müəssislərlə birlikdə, Mozu-Furuiçi təpələri daxil olmaqla, Yaponiyanın ümumdünya irsi siyahısına daxil edilən cazibədar obyektləri barədə informasiyaların daha geniş yayılmasına çalışacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az