Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



01 Avq
2020
05:00
15911
01
Avq
05:00



Xəbəri səsli dinlə
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub

İyulun 31-də Tbilisidə görkəmli ictimai xadim, müəllim, həkim, dramaturq Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edilib.

XeberOxu.Az-ın məlumatına görə,   tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun Xatirə Muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsini ziyarət edib, gül dəstələri düzüblər.

Sonra yubiley tədbiri Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində davam etdirilib.

İnteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib.

Böyük ədibin həyat və yaradıcılığından danışan A.İsayeva deyib ki, N.Nərimanov Azərbaycan və gürcü xalqlarının dostluq simvoludur.

Sonra N.Nərimanovun yaradıcılığının ayrı-ayrı sahələri barədə məlumat verilib.

Gənclər və tələbələr böyük ədibin əsərlərindən parçalar söyləyiblər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zabratda iki avtomobil toqquşdu, yaralı var







Bakıda gənc ülgüclə özünü doğradı







Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü







“Koroğlu” stansiyasının yaxınlığında yol kənarında dayanan kişini maşın vurdu


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.