22 Fev 2021
20:53
![]() |
22
Fev 20:53
![]() Təhsil Nazirliyinin rəsmisi işdən çıxdı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri Murad Camalzadə vəzifəsindən azad olunub. XeberOxu.Az-ın məlumatına görə, M.Camalzadə bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. "Əslində, uzun müddət idi ki, fəaliyyət sahəmi dəyişməklə bağlı düşünürdüm. Pandemiya dövründə isə ətraflı götür-qoy etmək üçün əla fürsət yaranmışdı. Çox təhlillərdən sonra o qənaətə gəldim ki, artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində öz missiyamı başa vurum. Vəzifə funksiyalarını icra etmək üçün yalnız bilik və səriştə bir məqamdan sonra kifayət etmir. Əməkdaşda enerji və entuziazmın olması da mühüm şərtdir. Mən isə müvafiq sahə üzrə həmin enerjini ötən 8 il ərzində imtahan zallarında, vətəndaş qəbullarında və müxtəlif yoxlamalarda sərf etdim". ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|