Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 May
2019
12:55
552



Təhsil nazirinin müavini: Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var

Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var.

Xeberoxu.az-ın məlumatına görə, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur: "Uşaqların psixikası pozulduqda artıq həkimlər bu işə qarışmalıdırlar. Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimlənməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".

F.Qurbanov deyib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir. Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır: "Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır. Onlara təxminən 150 min müəllim dərs keçir: "Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər







Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib -FOTO







BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb







Təmas xəttində növbəti monitorinq keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az