07 Apr 2021
19:45
![]() |
07
Apr 19:45
![]() Tələbə BU YOLLA 80 kiloqram ARIQLADI Hindistanın Lakxnau şəhərindən olan 20 yaşlı tələbə Aman Xan iki ilə 80 kiloqram çəki atıb. Belə ki, 188 santimetr boyu olan Amanın çəkisi iki il öncə 162 kiloqram olub. Ətrafdakıların təhqiredici zarafatlarından sonra o, arıqlamaq qərarına gəlib və dietoloq Ekanş Tanejaya müraciət edib. Mütəxəssis Amanın orqanizmini və damaq zövqünü nəzərə alaraq, onun üçün xüsusi qida planı tərtib edib. Xan səhərlər düyü lopaları, meyvə saltı, omlet, yaxud sendviç yeyib. Naharda sousla lavaş, yulaf sıyığı, yaxud cemli buterbrod, axşam isə lavaşa bükülmüş tərəvələr, sendviç və ya qızartma toyuqla qidalanıb. Bundan əlavə, Xan gündəlik yeddi min addım normasına riayət edərək, daha çox gəzməyə başlayıb. O, həmçinin, mütəmadi olaraq bütün əzələ qrupları üçün məşqlər edib. Beləliklə, idman və düzgün qidalanma sayəsində hindistanlı tələbə 80 kiloqram arıqlayaraq özgüvənini artıra bilib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bu il baş verən yol qəzaları ilə bağlı məlumat
Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var
Özünü Kürə ataraq intihar edən Yevlax sakini
Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO
|
|