RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyul
2019
22:19
288



Tələbələr “Azəralüminium”da istehsalat təcrübəsi keçirlər

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında bağlanan əməkdaşlığa dair Müqavilənin icrasının nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə bu universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçməyə başlamışdır. Müəssisə ölkənin əlvan metallurgiya sənayesinin aparıcı sahəsi sayılan boksit və alunit filizindən alüminium məhsullarının istehsalı üzrə aparıcı şirkətdir və Gəncə şəhərində yerləşir.

ASC-dən XeberOxu.az-a verilən məlumata görə, “Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsi ilə tanış olan tələbələr ilkin olaraq SƏTƏM qrupunda texniki təhlükəsizlik haqqında filimə baxmış, müvafiq təlimat almışlar. Tələbələr Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər haqqında məlumatlandırılıblar. İstehsalat təcrübəsi iyul ayının sonuna kimi davan edəcək və təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin digər istehsalat sahələri ilə də yaxından tanış olacaqlar.

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında bağlanan bu Müqavilə əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb







Tanınmış aparıcıya vəzifə verildi







Azərbaycanda vəzifəli şəxs postunu tərk etdi







Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az