Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
11:16
126



Televiziya və radioda monitorinqlərin NƏTİCƏLƏRİ açıqlandı - 4633 pozuntu faktı

Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.

XeberOxu.Az-ın məlumatına görə, bununla bağlı keçirilən konfransda bildirilib ki, milli telekanallarda (Bakıdan yayımlanan 6 adda TV - İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV və 12 adda yayımlanan (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) radio verilişlərinin dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur.Monitorinq nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozuntusunun göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3 120 (o cümlədən 564-ü xəbər, 2 554-ü qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1 695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1 017 (o cümlədən 219-u xəbər, 796-sı qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir. TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyəyə aiddir.

Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195-i bədii, 106-i cizgi, 81-i sənədli filmlər, 6-sı veriliş) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyəyə aiddir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]