Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
01:30
1185

14
Avq
01:30




“Qırmızı körpü” sərhəd keçid məntəqəsindən Türkiyə sərhədinə qədər yolda gedilən vaxt iki dəfə azalacaq

Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki “Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.

XeberOxu.az xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.

O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.

Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az