Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
05:00
1086

14
Avq
05:00




3 milyon dollara Ferrari SATILIR

Gooding&Company hərrac evi Pebbl-Biçdə keçiriləcək hərraclara unikal Ferrari Sergio avtomobilini çıxaracaqdır.

XeberOxu.az xəbər verir ki, orijinal kuzov rənginə və interyer tərtibatına malik olan modeldən cəmi altı nüsxədə buraxılıb. Lotun ilkin qiyməti 2,5 - 3 milyon dollardır.

Ferrari Sergio modelinin carçısı olan Pininfarina Sergio konseptini 2013-cü ildə Cenevrə avtosalonunda nümayiş etdiriblər. Modelin Ferrari 458 Speciale Aperta sportkarının əsasında inşa edilmiş əmtəə versiyasını isə iki il sonra, elə həmin Cenevrə avtosalonunda nümayiş etdiriblər. Rodster məşhur Pininfarina atelyesinin 85 illik yubileyinin və 1961-2001-ci illərdə studiyaya başçılıq etmiş Sercio Battista Pininfarinanın şərəfinə buraxılıb.

Ferrari Sergio 605 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 4,5-litrlik V8 atmosfer mühərriki və yeddi pilləli preselektiv «robot» ilə təchiz edilib. Yerində 100 km/saat həddinə Sergio üç saniyəyə sürətlənir və 330 km/saatlıq maksimal sürət həddinə malikdir. Rodsterin Cenevrədəki təqdimatı zamanı onun altı nüsxədən ibarət tirajla buraxılacağı və avtomobillərin hər birinin özünəməxsus orijinal kuzov rənginə və interyer tərtibatına sahib olacağı bildirilmişdi. Sergio modelinin ilk nüsxəsi Abu-Dabidəki SBH Royal Auto Gallery firmasına göndərilib. 2017-ci ildə sarı rəngli kuzova malik olan superkarı beş milyon dollara satmağa cəhd göstəriblər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az