CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
11:02
1227

15
Avq
11:02



DYP son yoxlamaların NƏTİCƏLƏRİNİ açıqladı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində "Atmosfer havasının mühafizəsi haqqında"qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı "Təmiz hava" aylığını davam etdirib.

XeberOxu.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində və 9 müəssisədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsi və avtomibil sexlərində yoxlama aparılıb, 101 avtomobil yoxlanılıb. Həmin avomobillərdən 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib və onların istismarına icazə verilib.

V.Əsədov bildirib ki, 15 gün ərzində yol patrul xidməti əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin, yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Günün qoroskopu: Xırdalıqlara və mənasız olaylara həddən artıq diqqət yetirməyin







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Məmmədyarov həmsədrlərlə görüşdü







Bakıda xanım sürücü qəza törədib


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az