Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
01:30
1083

16
Avq
01:30




Aventador modelinin yeni nəsli 2024-cü ildə debüt edə bilər

Lamborghini şirkəti bayraqdar Aventador modelinin yeni nəslinin yaradılması ilə bağlı problemlər yaşayır. İtalyan markası ilə onun sahibi olan Audi şirkəti arasında yaranmış ziddiyyətlər ucbatından Aventador modelinin xələfinin planlaşdırılmış debütü əvvəlcə 2020-ci ildən 2021-ci ilə, indi isə 2024-cü ilə keçirilib.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, ziddiyyətə səbəb olan, Volkswagen qrupunun 6,5-litrlik V12 atmosfer mühərrikinin sərtləşmiş ekoloji tələblərə uyğunlaşdırılmasına vəsait xərcləməkdən imtina etməsidir. Konsern bu mühərriki 4,0-litrlik V8 turbomühərrikinin əsasında yaradılmış hibrid qurğu ilə əvəzləməyi təklif edir.

Lamborghini şirkətinin rəhbəri Stefano Domenikali isə, V12 mühərrikinin saxlanılmasının tərəfdarıdır. İtaliyalı mütəxəssis ekoloji normalara adaptasiyanı elektrikləşmədə görür və şirkətin özünün hazırladığı V12 mühərrikindən imtina etməyəcəyini bildirib.

Əgər Lamborghini Aventador modelinin növbəti nəsli beş il gecikərsə, Sant-Aqata-Bolonyezedə superkarın ikinci yenilənməsini həyata keçirməyə məcbur qalacaqdırlar. Əlbəttə ki, 2011-ci ildə debüt etmiş superkarı yenidən restaylinqə məruz qoymaq o qədər də uğurlu həll yolu deyil - Ferrari şirkətinin təqdim etdiyi yeni modellər fonunda bu yolverilməz israfçılıqdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az