CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
04:30
1065

16
Avq
04:30



Lynk&Co avropalılara abunə xidməti təklif edəcək

Lynk&Co şirkətinin rəhbəri Alen Visser çin markasının Avropada irəlilədilməsi planları barədə məlumat verib. Rəqiblərindən fərqli olaraq, çin markasının diler şəbəkəsi olmayacaqdır. Çinlilər avropalılara onlayn şou-rumları və abunə xidmətini təklif etmək niyyətindədirlər.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, Automotive News Europe nəşrinə müsahibə verən marka rəhbəri avtomobil üçün nəzərdə tutulmuş aylıq abunə haqqının 500 avro ətrafında olacağını bildirib. Bir müddət sonra, müştərilər daha aşağı qiymətə istifadə olunmuş avtomobillərə də abunə yazıla biləcəklər. İcarə müqaviləsini isə, istənilən an dayandırmaq olar.

Startapın təklif etdiyi ilk model Volvo XC40 modelinin arxitekturasında inşa edilmiş Lynk&Co 01 krossoveri olacaqdır. Avropalılar bu modeli 2020-ci ilin yazından başlayaraq icarəyə götürə bilərlər. Gələcəkdə çin şirkətinin model xətti Lynk&Co 02  krossoveri ilə genişləndiriləcəkdir.

Alen Visser icarəyə götürülmüş avtomobilin xarab olması halında, bütün təmir xərclərinin istehsalçının hesabına aid ediləcəyini bildirib. O, bu səbəbdən Lynk&Co şirkətinin biznes konsepsiyasının digər istehsalçıların yanaşmasından fərqləndiyi bildirib. "Bizim avtomobillər nə qədər çox təmirə ehtiyac duyarlarsa, biz o qədər az qazanacağıq", - Visser bəyan edib.

Lynk&Co şəbəkəsinin inkişaf planı barədə məlumat yazda peyda olub. Markanın birinci mağazası Amsterdamda açılacaqdır. Sonradan meydançalar Belçika, İsveçrə, Fransa və Rusiyada fəaliyyətə başlayacaqdırlar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az