Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
08:15
978

16
Avq
08:15




Peugeot 3008 modelini ekspedisiya avtomobilinə çevirib

Peugeot şirkəti 3008 krossoverinin bazasında inşa etdiyi ekstremal ofrouderi nümayiş etdirib. Peugeot Concept 3008 adını almış avtomobilin əsasını 1,6-litrlik mühərriki və öndən çəkiş sistemi olan GT modifikasiyası təşkil edir. Yeganə nüsxədə yaradılmış krossover Top Gear dərgisinin xüsusi layihəsi üçün nəzərdə tutulub. Bu yaxınlarda krossover Vyetnamdakı məşhur Xo Şi Min çığırlarının şimal hissəsində sınaqdan çıxarılıb.

XeberOxu.az  autograph.az-a istinadən bildirir ki, ekspedisiya krossoverinin 1,6-litrlik benzin mühərriki 181 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Vizual olaraq, şou-kar 17-düymlük dəmir diskləri, Cooper AT3 şinləri, altlığın müdafiə lövhəsi və əlavə avadanlığı ilə  seçilir.

Concept 3008 köməkçi LED işıqlandırması olan alüminium Rival baqajı, ARB Simpson çadırı və velosiped üçün bərkitmə nöqtələri ilə təchiz edilib. Avtomobilin kuzovuna orijinal rəngli qrafik sxem həkk edilib. Peugeot şirkətinin britaniya bölməsinin rəhbəri Dəvid Pilin sözlərinə görə, layihənin əsas məqsədi, "xırda təkmilləşdirmələr ilə Peugeot 3008 modelinin əsl potensialını göstərməkdir".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az