Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
11:45
366

19
Avq
11:45




Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda oynanılacaq qarşılaşmaların vaxtı müəyyənləşib.

XeberOxu.az xəbər verir ki,  AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, 2019-2020-ci il mövsümünün ikinci turunun görüşləri üç günü əhatə edəcək. Tura avqustun 24-də “Sumqayıt” - “Səbail” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da təşkil olunacaq.

Avqustun 25-də “Sabah” klubu “Keşlə” komandasını qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 18:45-də başlayacaq. Həmin gün oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması “Azərsun Arena”da saat 21:00-da start götürəcək.

Turun sonuncu oyunu “Zirə” və “Neftçi” klubları arasında oynanılacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, birinci turda “Qəbələ” öz meydanında “Sumqayıt” klubuna (0:2), “Keşlə” isə “Qarabağ”a (0:1) məğlub olub. “Səbail” komandası isə ev oyununda “Zirə”ni minimal hesabla məğlub edib - 1:0. Birinci tura bu gün saat 20:00-da başlayacaq “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az