Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
16:23
477

19
Avq
16:23




“Bavariya” klubu Filippe Koutinyonun transferini başa çatdırıb

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək.

XeberOxu.az xəbər verir ki, AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.

F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.

“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.

Braziliyanın “Vasko da Qama” komandasında yetişən futbolçu Avropada daha əvvəl “İnter”, “Espanyol” və “Liverpul” klublarında forma geyinib. O, 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer edilib. F.Koutinyo “Barselona”nın heyətində ardıcıl iki dəfə İspaniya çempionatının, bir dəfə Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Braziliya millisinin heyətində 55 dəfə meydana çıxan futbolçu 15 dəfə fərqlənib. O, bu il Braziliyanın “Kopa Amerika” turnirinin qalibi olmasında mühüm rol oynayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az