Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
21:30
408

19
Avq
21:30



Xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində xüsusi təlimlər keçirilir

Gömrük- sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində xidmət keçən əməkdaşlara xüsusi təlimlərin keçirilməsinə başlanıb.

Dövlət Gömrük Komitəsindən XeberOxu.Az-a verilən məlumata görə, avqustun 19-da başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloqlar və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işqüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə biliklər veriləcək və praktiki məşğələlər keçiriləcək

Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına beynəlxalq hava limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşı cəlb olunub.

2 aylıq müddəti əhatə edəcək təlimlərdə “Müasir vətəndaş kimdir və nə istəyir”, “Yerli və xarici vətəndaşların ortaq və fərqli cəhətləri”, “Keyfiyyətli xidmət və vətəndaş məmnunluğu”, “Vətəndaşla münasibətlərin idarə olunması”, Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqları”, “Çətin vətəndaşlarla iş texnikaları və şikayətlərin idarə olunması”, “Qarşılama və özünü təqdim etmə bacarıqları”, “Xitabetmə, sualvermə, izahetmə və dinləmə texnikaları”, “Hiss və emosiyaların idarə olunması”, “Stresli və münaqişəli vəziyyətlərin idarə olunması”, “Qısa müddət ərzində pozitiv münasibətin qurulması bacarıqları”, “Ünsiyyət zamanı inandırma və təsiretmə texnikaları” adlı mövzular tədris olunacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az