Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
03:45
327

20
Avq
03:45



Qahirənin tarixi hissəsindən nazirliklər və dövlət qurumları köçürüləcək

Gələn il Misirin bütün nazirlikləri və dövlət qurumları Qahirənin tarixi hissəsindən köçürüləcək.

XeberOxu.az xəbər verir ki,  AZƏRTAC “Al Youm as-Sabia” nəşrinə istinadla xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi hökumət başçısına tapşırıq verib.

Ölkənin Baş naziri Mustafa Madbuli bildirib ki, Qahirə əvvəlki tarixi, mədəni, turistik və arxeoloji rolunu bərpa etməlidir. Misir paytaxtının tarixi mərkəzinin inkişafından danışan hökumət başçısı qeyd edib ki, bu layihə çərçivəsində əsas diqqət meqapolisin mərkəzində yerləşən, tarixi və memarlıq dəyəri olan “Təhrir” meydanının yenidən qurulmasına yönələcək. Bu məqsədlə gələn il meydanın yaxınlığında yerləşən bütün nazirliklərin və qurumların hazırda Qahirədən bir qədər kənarda inşa edilən yeni inzibati paytaxta köçürülməsi planlaşdırılır. Bu baxımdan artıq birinci addım atılıb və bu yayda “Təhrir” meydanının yaxınlığında illər boyu yerləşən Daxili İşlər Nazirliyinin pasport-viza xidməti artıq paytaxtın digər rayonuna köçürülüb. Nazirliyin iri monumental binası isə yenidənqurma işlərinin aparılmasından sonra otel kimi fəaliyyət göstərəcək.


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az