CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
11:51
516

20
Avq
11:51



Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq və bu istiqamətdə vacib addımlar atmaq hər bir idarə, müəssisə və təşkilatın əsas vəzifələrindən biridir. Ölkənin dəmir yollarında çalışan işçilərin də sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzindədir. Son illər “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi işçi personalına xüsusi tələblər irəli sürüb.

QSC-dən XeberOxu.Az-a verilən məlumata görə, bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi, biliklərin artırılması və səriştəlik modelinin yaradılması məqsədilə Cəmiyyətdə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsi və “Təlim Mərkəzi” yaradılıb. Yaradılmış qurumlar tərəfindən Cəmiyyətin sahələr üzrə təlimlər təşkil edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün struktur bölmələrində işləyən SƏTƏM mütəxəssisləri təlimlərə cəlb olunub.

Məqsəd sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin bilik və peşəkarlığını daha da artırmaq və “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi üzrə İSO 45001 standartı”nın tətbiqinin təmin edilməsidir.

SƏTƏM şöbəsi və Təlim mərkəzi tərəfindən 100-dən artıq SƏTƏM mütəxəssisinin treninqlərdə iştirakı nəzərdə tutulub. Təlimlər 22 iyul 2019-cu il tarixindən başlanıb və bu vaxtadək 90 nəfər qeyd olunan tədbirləri uğurla başa çatdırıb.

İki mərkəzdə təcrübəli təlimçilərin tərəfindən keçirilən treninqlərdə mütəxəssislər elektrik və yanğın təhlükəsizliyi, təhlükəli sahələrə giriş-çıxış qaydaları, ilk tibbi yardım, ağır texnika və təhlükə potensiallı obyektlərdə texniki nəzarət, iş şəraitinin yaxşılaşdırılması, yüksəklikdə görülən işlər, beynəlxalq mütərəqqi standartlardan və innovativ iş metodlarından istifadə, ekologiya və ətraf mühitin mühafizəsi və digər vacib mövzularda təlimatlandırılır. Təlimlərdə sual cavabla yanaşı iştirakçılar aktiv şəkildə prosesə cəlb olunur.

İnteraktiv formatda keçirilən təlimlər dəmir yollarında çalışan işçilərin təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsində və işin səmərəlilyinin daha da artırılmasında mühüm yer tutacaq.

Təlimlər sentyabr ayının sonuna qədər davam edəcək və iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Məmmədyarov həmsədrlərlə görüşdü







Bakıda xanım sürücü qəza törədib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az