Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
11:54
420

20
Avq
11:54




Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyi nəzarət məntəqələri sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində baytar həkim vəzifələrinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına zəmanət vermək;

- mərkəzi və yerli icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, tabeliyindən və mülkiyyət formalarından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxslər, heyvan və heyvandarlıq məhsullarının sahibləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;

- Azərbaycan Respublikasının ərazisini xarici dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasında iştirak etmək;

- ətraf mühiti çirklənmədən mühafizə etmək işinə köməklik göstərmək;

- baytarlıq elminin inkişafını və nailiyyətlərinin tətbiqini təmin etmək.

Namizədə tələblər:

  • Baytarlıq sahəsində qanunvericiliyi və Azərbaycan Respublikasının Qanunlarını bilməli;
  • İnzibati ərazi vahidlərinin iqtisadi potensialları haqqında məlumatlı olmalı;
  • Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – Baytarlıq təbabəti. Magistratura səviyyəsi arzuolunandır.

Təcrübəyə dair tələb: Mütəxəssis vəzifələrində minimum 3 illik iş təcrübəsi;

  • Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;
  • Yaş həddi: 45-dək

Şərtlər:

  • İş qrafiki: Tam iş günü.
  • Əmək haqqı 600-800 manat.

Üstünlüklər:

  • Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ layihəsi-Baytar həkim” yazaraq 15.09.2019 tarixinə qədər hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.

Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır.

Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99412 377-00-20 (532) İnsan resursları və sənədlər ilə iş şöbəsi

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az