20 Avq 2019
12:40
![]() |
20
Avq 12:40
![]() Sabirabadlı fermer: Dövlətin dəstəyi ilə əkin sahəsini daha da genişləndirəcəyəm Sabirabadda soğan yığımı yekunlaşıb. Məhsul istehsalçıları 382 hektar soğan sahəsinin məhsulunu toplayıblar. XeberOxu.az xəbər verir ki, Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilər erkən yazda 8794 hektar sahədə tərəvəz əkiblər. Bunun da 382 hektarını soğan bitkisi təşkil edir. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri sahələrdən 5 min 572,2 ton soğan toplayaraq məhsul yığımını başa çatdırıblar. Hər hektarın məhsuldarlığı 146 sentner olub. Soğan əkini ilə ən çox rayonun Muğangəncə, Moranlı və Nizamikənd kəndlərinin əkinçiləri məşğul olur. Moranlı kənd sakini Müzəffər Qasımov bu mövsüm 2 hektar sahədə soğan becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim soğan sahəsinin hər hektarından 147 sentner məhsul götürməklə 29 tondan çox soğan toplamışam. Artıq məhsulun çoxunu satmışam. Qazancım məni qane edir. Dövlətimizin biz əkinçilərə göstərdiyi hərtərəfli dəstəkdən yararlanaraq növbəti təsərrüfat ilində əkin sahəsini genişləndirərək 3 hektara çatdırmaq fikrindəyəm”, - deyə əkinçi bildirib.
Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə
“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”
Deputat oğlunun həbs müddəti uzadıldı
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |