Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
13:51
732

20
Avq
13:51



Azərbaycanlı alimin Almaniyada kitabı çap olunub

Azərbaycan Universiteti rektorunun müşaviri, Magistratura və doktorantura şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyevanın Almaniyada monoqrafiyası çap olunub.

“LAP Lambert Academic Publishing” beynəlxalq nəşriyyatı tərəfindən rus dilində nəşr olunan “XX əsrdə Şimali Azərbaycanda İslam təhsili” adlı kitabda qeyd olunur ki, dini təhsilin rolunun öyrənilməsi ənənəvi cəmiyyətin xüsusiyyətlərinin düzgün anlaşılmasında böyük əhəmiyyət kəsb edir.

Geniş spektrli mənbələrə, sənədlərə və elmi ədəbiyyata istinad etməklə Şimali Azərbaycanda islam təhsilinin və maarifçiliyinin əsas institutlarının uzun müddət məscid, məktəb və mədrəsələr olmasının sübuta yetirilməsi monoqrafiyanın əhəmiyyətini artırır. Bildirilir ki, XX əsrin sonunadək ölkədə elmi fikir və düşüncələrin inkişafı dini təhsil sistemi çərçivəsində aparılıb. Azərbaycan ziyalılarının nümayəndələri Şimali Azərbaycanda dini (islam) kübar təhsil sisteminin banisi olublar. Sovet hakimiyyəti illərində unudularaq xatirələrdən silinmiş bu təhsil sistemi XX əsrin sonunda yenidən dirçələrək mütərəqqi və dinamik inkişafa nail olub.

146 səhifədən ibarət monoqrafiya tədqiqatçılar, tarixçilər, islam təhsili ilə maraqlananlar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, elmi və tədris ədəbiyyatının Avropa dillərində nəşri üzrə ixtisaslaşmış “LAP Lambert” nəşriyyatı Almaniyada yerləşir. Burada nəşr olunan kitablar beynəlxalq kataloqlara daxil edilir, eyni zamanda www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk, www.amazon.com və digər vebsaytlar vasitəsilə bütün dünyada satılır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az