CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
19:37
489

20
Avq
19:37



Cəlilabadda yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə müraciət edərək müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində 1 ədəd televizor, 4 ədəd xalça, 1 ədəd elektrik generatoru, 1 ədəd qaz sobası, 1 ədəd elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayonunun Ağdaş kənd sakini Mehti Niftullayev və Cürzəli kənd sakini, əvvəllər məhkum olunmuş Əyyub Qarayev olduğu müəyyən edilib. Oğurladıqları məişət əşyalarının bir qismi onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu rayonların qaz təchizatında fasilə yaranacaq







Maqnit qasırğası xəbərdarlığı







Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb







Bakı polisi təlimlərə cəlb olunur


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az