Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
11:58
330

21
Avq
11:58




BƏƏ-də insanların qardaşlığı barədə sənədin icrası məqsədilə Ali Komitə yaradılır

Roma Papası Fransisk ilə “Əl-Əzhar” İslam Universitetinin baş imamı Şeyx Əhməd Al-Tayib arasında BƏƏ-nin paytaxtında bu ilin fevralında imzalanmış “İnsanların qardaşlığı barədə deklarasiya”nın icrası üçün Əbu-Dabidə Ali Komitə yaradılır.

XeberOxu.az xəbər verir ki, AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, insanların qardaşlığı barədə sənəddə əks olunan məqsədlərin həyata keçirilməsini təmin edən və onun strukturunun hazırlanmasına cavabdeh olacaq komitəyə Birləşmiş Ərəb Əmirlikləri, Misir, İspaniya və İtaliyadan üzvlər daxil olacaq.

Yeni komitə sənədin məqsədlərinə çatmaq istiqamətində plan hazırlayacaq və onun həyata keçirilməsinə nəzarət edəcək. Sənəddə öz əksini tapan mesajların geniş yayılması və dəstəklənməsi məqsədilə dini liderlərlə və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu qurum, həmçinin qarşılıqlı razılıq əsasında yeni üzvlər cəlb etmək imkanına malikdir.

Xatırladaq ki, 2019-cu ilin fevralın 6-da Əbu-Dabidə “Əl-Əzhar” İslam Universitetinin baş imamı Şeyx Əhməd Al-Tayib və Roma Papası Fransisk “İnsanların qardaşlığı” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına dair birgə sənəd imzalayıb. Sənəddə tolerantlıq mədəniyyətinin yayılması, sülh, qarşılıqlı anlaşma, terrorizm və ekstremizmə qarşı mübarizə çağırışları yer alıb. Bu sənədin imzalanması Vatikanla Əl-Əzhar, habelə müsəlmanlarla xristianlar arasında münasibətlərin tarixində ən mühüm addımlardan biri sayılır.

Əbu-Dabinin vəliəhdi və BƏƏ-nin silahlı qüvvələrinin baş komandanın müavini Şeyx Məhəmməd bin Zaed Al Nahayan bildirib ki, onun ölkəsi sülhə xidmət edən, qardaşlıq prinsiplərinin və xalqların sülh şəraitində birgə yaşamaları üçün göstərilən bütün səyləri dəstəkləyir.


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az