13 Iyul
2020
01:48
23595
13
Iyul
01:48



Tərcüməçi-maska hazırlanıb

Yaponiyanın robotlar istehsalı ilə məşğul olan "Donut Robotiks" şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, "C-Face" adlanan həmin maska virusdan qorumaqla yanaşı, onun sahibinin dediklərini doqquz dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. "Bluetooth" vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb.

Qeyd edək ki, "Donut Robotiks" şirkəti bir neçə ildir ki, "Haneda" beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.

Maskanın kraudfandinq üzərindən toplanan vəsaitlə istehsal olunması planlaşdırılır. Layihə üçün artıq 260 min dollar vəsaitin toplandığı bildirilir. Yeni məhsulun cari ilin sentyabrından satışa çıxarılacağı gözlənilir.

Təqribən 40 dollar dəyərində olan maskanın əvvəlcə Yaponiyada, sonra Çin, Avropa ölkələri və ABŞ-da satışı nəzərdə tutulur.

Şirkətdən gələcəkdə maskanın yalnız danışığı deyil, həm də görüntünü tərcümə etməsi üçün işin davam etdiriləcəyini bildiriblər.

 


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.