XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



05 Iyun
2021
13:33
4648
05
Iyun
13:33



Kəlbəcərdəki jurnalistlərin həyatına son qoyan mina yeni basdırılıb?

Kəlbəcərdə mülki vətəndaşların, o cümlədən jurnalistlərin minaya düşmə anının görüntüləri yayılıb. Videoda aydın şəkildə yollarda yamaqlı hissələr diqqət çəkir.

Xeberoxu.Az xatırladır ki, ötən gündən bəri həmin minanın yaxın günlərdə yoxsa əvvəldən həmin əraziyə basdırılmasına dair suallar səslənir.

Videoya baxdıqda isə həmin yerdə yeni minalanma işləri aparıldığı versiyası daha məntiqli görünür.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan ordusunun hərbçiləri Kəlbəcərdə təminat yollarını minalamağa cəhd göstərərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı.

Hərçənd hadisənin baş verdiyi Susuzluq kəndi erməni diversantların saxlanıldığı Yuxarı Ayrım kəndindən müəyyən məsafədə yerləşir. Lakin diversiya qrupu bu məsafəni də qət etməyə qadirdir: Kəlbəcərin dağlı-meşəli ərazisi buna imkan yaradır. 

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər Müharibə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.