XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



18 Iyun
2021
18:39
1003
18
Iyun
18:39



İki güləşçimiz finalda, biri erməni ilə qarşılaşacaq - YENİLƏNİB

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəlib.

Xeberoxu.Az-in məlumatına görə, 48 kq-da çıxış edən Fəraim Mustafayev 1/4 finalda Oliver Qrauenə (Estoniya) 8:0, yarımfinalda isə Kazbek Tarkanova (Rusiya) 9:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.

55 kq-dakı Fərid Baxışlı isə ardıcıl olaraq, Yuhan Kristyuhan (Estoniya), Luka Musman (Almaniya), Konstantin Savçuk (Rusiya) və Saveliy Raşçinskini (Belarus) məğlub edərək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi Ermənistan təmsilçisi Armen Sukiasyan olacaq.

14:30

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Xeberoxu.Az-in məlumatına görə, yarışın beşinci günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

55 kq-da Fərid Baxışlı təsnifat mərhələsində Yuhan Kristyuhana (Estoniya) 9:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi almaniyalı Luka Musman olacaq.

65 kq çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə əvvəlcə türkiyəli Nihat Kara üzərində 3:2 hesablı qələbə qazanıb. 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanla üz-üzə gələn idmançı rəqibini "tuşe" ilə məğlub edərək, növbəti mərhələlə adlayıb. O, 1/4 finalda İmed Xudzadze (Ukrayna) ilə qarşılaşacaq.

80 kq-dakı Cocu Səmədov startda Maksim Masiukeviçə (Belarus) uduzub - 5:7. 48 kq-da mübarizə aparan Fəraim Mustafayev isə hələ döşək üzərinə çıxmayıb. Mübarizəyə 1/4 finalda qoşulacaq idmançı Oliver Qrauenlə (Estoniya) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.