XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



18 Iyun
2021
20:18
971
18
Iyun
20:18



Ceyhun Bayramov Qvineya-Bisaunun xarici İşlər və icmalar naziri ilə görüşüb

Bu ilin 18 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici İşlər və icmalar naziri xanım Syuzi Karla Barbosa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Qvineya-Bisau arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə diqqət çəkib.

Post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir, işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.

Öz növbəsində xanım Syuzi Karla Barbosa beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlığı yüksək qiymətləndirərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.