XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



19 Iyun
2021
02:00
605
19
Iyun
02:00



İranda prezident seçkilərində seçici aktivliyi müşahidə olunur – İranlı rəsmi

İranda 13-cü çağırış prezident seçkilərində son saatlarda səsvermədə aktivlik müşahidə olunur.

Xeberoxu.Az-ın məlumatına görə, bunu İran Seçki Komissiyasının sədri Camal Orf jurnalistlərə açıqlamasında deyib.

C.Orfun sözlərinə görə, buna əsasən seçkilərin gecə saat 11-dək uzadılmasına qərar verilib. İranın Koronavirusla Mübarizə Milli Komitəsi lazım olduğu halda yerli vaxtla gecə saat 2-dək səsvermənin müddətini uzatmağa icazə verib.

C.Orf əlavə edib ki, İranın bəzi vilayətlərinin kəndlərində səsvermə artıq başa çatıb və bəzi kəndlərdə isə seçkilərin başa çatması haqda valiliklər qərar verəcəklər.

Komissiya sədri qeyd edib ki, qeyri-rəsmi elan olunan statistikalar etibarlı deyil. Bu statistikalar mediaların proqnozu və dəyərləndirməsi ilə həyata keçirilir. Seçkilərlə əlaqədar statistikaları sadəcə İranın Daxili İşlər Nazirliyi elan edə bilər.

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.