Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
17:33
165

14
Yan
17:33



Tərtərdə hidropon sisteminin təqdimatı olub-VIDEO
Xeberoxu.Az-ın bölgə müxbiri xəbər verir ki,Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində "Heyvandarlıqda qeyri-ənənəvi yemlərin tətbiqi" mövzusunda elmi-praktik seminar keçirilib. Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarda Ağdam, Tərtər, Goranboy, Kəlbəcər, Yevlax, Bərdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Beyləqan və Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin mütəxəssisləri, heyvandarlıq üzrə fermerlər iştira ediblər.  Aqrar Elm və İnnovasiya Mərkəlzinin direktor müavini Fərman Kərimov və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək, heyvandarlıqda qeyri ənənəvi yemlərin tətbiqindən, hidropon sisteminin (otaq şəraitində yem bitkilərinin yetişdirmə texnologiyası) əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illər dünya ictimaiyyətini narahat edən ərzaq təhlükəsizliyi Azərbaycan üçün də prioritet olaraq qalmaqdadır. Dünya üzrə adambaşına düşən əkinə yararlı torpaq sahəsi 0,30 hektar təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 0,18 hektardır. Bu isə bizi torpaqdan daha səmərəli istifadə etməyə və alternativ variantlar axtarmağa vadar edir. Hazırda Avropa ölkələrində torpaqsız əkinçilik və ya torpaqdan istifadə etmədən suda olan mineral qida həllərini istifadə edərək bitki yetişdirmənin bir üsulu olan Hidroponikadan geniş istifadə edilir. Hidropon yaşıl yem 7-8 gün ərzində vegetasiya müddətini başa çatdırmış cücərdilmiş müxtəlif dənlərdən hazırlanır. Hidropon yem istehsalında cücərmə qabiliyyəti yüksək olan dənlərdən istifadə edilməlidir. Hidropon üsulu ilə hazırlanan yaşıl yem ev heyvanlarının həzm sistemini yaxşılaşdırır, diri çəkini və süd məhsuldarlığını artırır. Heyvanların rasionuna yaşıl yemi tətbiq etdikdə buzovların çıxışı 11 faiz artır, tibbi dərman xərcləri 15 faiz azalır, südün, ətin və yumurtanın keyfiyyəti yaxşılaşır. Cücərmiş arpada A vitamini yerkökünə nisbətən 23 dəfə, B vitamini kahıya nisbətən 22 dəfə, C vitamini isə sitrus bitkilərinə nisbətən 14 dəfə çoxdur. Məhsulun suvarılması və yığılması asan başa gəlir. Fermer təsərrüfatında yem istehsalına çəkilən xərclər azalır. Seminarda Tərtər Regional Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov "Müasir heyvandarlığın inkişafında qeyri-ənənəvi yemlərin tətbiqinin zəruriliyi", Əkinçilik Elmi Təqdiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva "Azərbaycanda yem istehsalı, mövcud vəziyyət, problemlər və perspektivlər", Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun elmi işçisi Təranə Hacıyeva "Heyvandarlıqda qeyri-ənənəvi yemlərin tətbiqi", Gilan Holdinq Ağdaş Yem emalı fabrikinin yemləmə üzrə məsləhətçisi Kənan Əliyev "Fərdi təsərrüfatlarda qeyri-ənənəvi yemləmənin tətbiqi ilə məhsuldarlığın artırılması" mövzularında çıxışlar ediblər. Tədbirdə mövzu ilə bağlı müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlan suallar cavablandırılıb.
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







General Vilayət Eyvazova hesabat verdi







ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir - Li Litzenberger







Bakıda qəza - Yük avtomobili dairəyə girdi -FOTO







Bərdə rayonuna yeni prokuror təyin edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.