# EVDƏQAL
# EVDƏQAL



03 Mart
2020
14:40
2729

03
Mart
14:40



Təyyarədə təşviş: Stüardessalar sərnişinin sərxoşluğunu koronovirusla səhv saldılar - VİDEO

Sinqapurdan Londona uçan təyyarənin stüardessaları sərnişinin sərxoşluğunu koronovirusla səhv salaraq göyərtədə təşviş yaranmasına səbəb olublar.

Bu barədə “Daily Mail” xəbər yayıb. 

Məlumata görə, uçuşdan bir gün əvvəl 26 yaşlı britaniyalı tələbə Culiya Valentin rəfiqəsi Dino ilə səhərə qədər əylənərək içki qəbul ediblər. Uçuş vaxtı qız özünü pis hiss edib və stüardessadan parasetamol (qızdırma dərmanı) istəyib.

Bundan sonra aivaşirkətin əməkdaşları həyəcan keçirməyə başlayıb. Onlar Valentini maska geyinməyə məcbur edib, digər sərnişinlərdən kənar əyləşdirib və hər yarım saatdan bir temperaturunu ölçüblər.

Hitrou Beynəlxalq Aeroportunda enişdən sonra isə qızı müdafiə geyimində olan tibb işçiləri və yanğınsöndürənlər qarşılayıb. O, 14 gün müddətinə karantinə alınıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.