XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
18:28
3979
29
Iyul
18:28



"Saçımdan tutmuş əllərimə qədər qulluq edirəm" - Xalq artisti
"Hər zaman baxımlı olmalıyam, gənc qalmalıyam, sağlam olmalıyam. Uşaqlıqdan özümə bu proqramı verirdim. Bu yolla gedirdim. Bunu deməklə deyil, ona əməl edirdim. Hər gün idman edirdim. Saçımdan tutmuş əllərimə qədər qulluq edirdim. Bu da sistem halını aldı. Böyüyəndə isə deyirdim, kim yaxşı paltar tikir tapmalıyam. Gedirdim dərzilərə paltarlar tikdirirdim".

Xeberoxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "Gün ortası" proqramında deyib. Xanəndə baxım sirlərindən danışıb. O bildirib ki, hər getdiyi yerə ayrı libas tikdirib, manikür etdirir:

"Sonra düşündüm ki, hazır paltar alsam, kimdəsə ola bilər. El məclislərinə gedirəm, geyindiyimdən kimdəsə görərəm. Ona görə də tikdirirdim. Hər şeyə təmiz, vasvası yanaşıram. Evdəkilər bezib.

Zəng edirlər ki, sabah efirə gələ bilərsiz? Deyirəm, yox. Hazır deyiləm. Məni efirə ən azından bir həftə əvvəl çağırmalısınız. Mənim ruhum, beynim ona köklənməlidir. Başlayıram verilişlə yaşamağa: necə görünəcəm, nə geyinəcəm. Deyirəm, bunu geyinmişəm, sonda yenisin hazırlatdırıram. Geyimə uyğun manikür, makiyaj olmalıdır. Bahalı paltar geyinib getmək şərt deyil. Elə sadə paltar geyinə bilərsən ki, ona uyğun saç, makiyaj, aksesuar olmalıdır.

Son vaxtlar sərbəstliyim əlimdən alınıb. Qızım Nəzrin edir. İndi hara gedirəm Nəzrini çağırıram. Yoldaşım da evdən çıxanda çağırır ki, Nəzrin gəl gör necədir, əskiklik yoxdur?".(Axşam.a)

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.