XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



03 Avq
2021
15:17
858
03
Avq
15:17



Sabunçuda narkotik satışı ilə məşğul olan ana-bala saxlanılıb - FOTO/VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub.

DİN-in mətbuat xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib. Polis Şöbəsində üzərinə baxış zamanı ondan 605 qram heroin, 3 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Mahirə Cavadova aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.